Qardaş qardaşı güllələdi


16:04     26 May 2015 qardaş3.jpg

Bakıda silahlı insident olub.


Femida.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Ləhiş bağlarında qeydə alınıb. Orada yaşayan, 1972-ci il təvəllüdlü İmran Soltanov yaşadığı evdə ov tüfəngi ilə qardaşı, 1977-ci il təvəllüdlü Tərlan Soltanovu güllələyib. Nəticədə qol və qarın nahiyəsində güllə yarası alan T. Soltanov xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən İ. Soltanov saxlanılıb. Ondan hadisə zamanı istifadə etdiyi silah götürülüb. //apa

Açar sözlər:

Oxunub: 889