Yol hərəkəti üzrə inzibati qaydalar gündə 12 min dəfə pozulur


15:55     08 Fevral 2021 ypx6.jpg


Azərbaycanda gün ərzində yol hərəkəti qaydaları əleyhinə aşkar olunan inzibati xətaların sayı açıqlanıb.


Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev Femida.az-a bildirib ki, respublika ərazisində gün ərzində yol hərəkəti qaydaları əleyhinə olan ümumilikdə 11-12 min fakt müəyyən edilir.

Bu inzibati xətaların 6-7 mini foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə elektron formada qeydə alınır.

Femida.az

Açar sözlər: #polis   #din   #ypx   #dyp    

Oxunub: 602