Bu generallar ehtiyata buraxıldı


16:29     08 Fevral 2021 2021/02/16127-1612786864_1612787395.jpg


Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.

Azvision.az APA-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmr imzalayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Nazirlikdən bildirilib ki, hər iki general ehtiyata buraxılıb.

Qeyd edək ki, 2002-ci ildən general-leytenant olan Rövşən Əkbərov 2011-ci ilin fevralında Ordu korpuslarından birinin komandiri təyin olunmuşdu. O, Azərbaycanın Milli Qəhrəmanıdır.

Xəqani Cəbrayılov da ordu korpuslarından birinin komandiri idi.

Femida.az

Açar sözlər: #general   #ordu  

Oxunub: 659