İranda 4 minə yaxın məhkum əfv edilib


18:44     08 Fevral 2021 21_02_08_1612793715.jpg

İranda islam inqilabının 42-ci ildönümü münasibətilə 3840 nəfərin əfv edilməsi və ya işlərinin yüngülləşdirilməsi ilə bağlı qərar İranın Ali Rəhbəri ayətullah Əli Xamenei tərəfindən təsdiqlənib.

Femida.az -ın xəbərinə görə, Məhkəmə Hakimiyyətinin sədri höccətülislam İbrahim Rəisi 3840 nəfərin əfv edilməsi və işlərinin yüngülləşdirilməsi ilə bağlı Ə. Xameneiyə məktub ünvanlayıb.

Ayətullah Xamenei 3 840 nəfərin əfvi və həbs müddətlərinin azaldılması ilə bağlı məktuba müsbət cavab verib.

Açar sözlər:

Oxunub: 456