Rusiyadan Azərbaycana gətirilən vaxtı keçmiş balıq məhsulları saxlanıldı


19:59     08 Fevral 2021 21_02_08_1612795873.jpg

Rusiyanın Həştərxan vilayətində Baytar Nəzarəti Məntəqəsində Azərbaycana ixrac olunacaq 5 ton dondurulmuş sazan balığı saxlanılıb.

Femida.az yerli KİV-ə istinadən xəbər verir ki, yoxlama aparılarkən balıqların yararlıq müddətinin artıq çıxdığı məlum olub. Nəticədə həmin yükün göndərilməsinə qadağa qoyulub.

Məhsulun istehsalçı müəssisəsinin inzibati məsuliyyətə cəlb olunacağı bildirilir.

Açar sözlər:

Oxunub: 491