Rusiyada koronavirusdan ölüm hallarının aylıq statistikası açıqlanıb


20:51     08 Fevral 2021 21_02_08_1612799523.jpg

Rusiyanın Dövlət Statistika Komitəsi koronavirus infeksiyasından ölüm hallarının aylıq statistikasını açıqlayıb.

Femida.az -ın xəbərə görə, “Rosstat” COVID-19 infeksiyası təsdiq olunmuş xəstələrin ölüm hallarını dörd qrupa ayırıb:

I qrup - koronavirusun əsas ölüm səbəbi olduğu;

II qrup - ölümün COVID-19-dan gəldiyi, lakin bunun üçün əlavə tədqiqatın tələb olunduğu;
III qrup - koronavirusun əsas xəstəliyə yardım etdiyi və ölümün baş verdiyi;

IV qrup - koronavirusun ölümün baş verdiyi xəstəliyin gərginləşməsinə təsir etmədiyi haldır.

Bütün bu kateqoriyalar üzrə «Rosstat»ın apardığı statistikaya əsasən, Rusiyada ötən ilin aprel ayından koronavirus infeksiyasının təsdiqləndiyi və ya ehtimal olunduğu 162 min 429 nəfər ölüb. Ötən ilin aprel ayında koronavirusdan 2825, mayda 12669, iyunda 12335, iyulda 10371, avqustda 7673, sentyabrda 10179, oktyabrda 24333, noyabrda 37609, dekabrda isə 44435 ölüm halı qeydə alınıb.

Açar sözlər:

Oxunub: 399