Ərdoğan və Merkel Türkiyə ilə Aİ əlaqələrini müzakirə ediblər
09:25 09 Fevral 2021
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkel ilə videokonfrans formatında danışıqlar aparıb.
Femida.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsi bildirib.
Məlumata əsasən, Türkiyə-Almaniya əməkdaşlığının inkişafı məsələləri, eləcə də Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasındakı əlaqələri vurğulayaraq regional mövzular müzakirə edilib.
Türkiyə prezidenti Ankaranın Türkiyə ilə Avropa İttifaqı arasındakı münasibətlərdə müsbət istiqamətdə inkişafına qərarlı olduqlarını ifadə edib.
Onun sözlərinə görə, Ankara mart ayında keçirilməsi planlaşdırılan Aİ zirvə toplantısı ərəfəsində blokla əlaqələrin gücləndirilməsinin və texniki məsləhətləşmələrin aparılmasının tərəfdarıdır.
Türkiyə dövlət başçısı AI-nin Türkiyə ilə münasibətlərə ədalətli və konstruktiv yanaşmasının hər iki tərəfin maraqlarına cavab verdiyini vurğulayıb.
Femida.az
Oxunub: 471
Oxşar xəbərlər
- Ərdoğan Azərbaycana gəlir
- Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb
- Ərdoğan Xamenei ilə görüşüb
- Ərdoğanın İrana səfər tarixi açıqlanıb
- Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
- Ərdoğanla Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər
- Ərdoğan Azərbaycana təşəkkür edib
- Ərdoğan Azərbaycana səfər edəcək
- Ərdoğanla Quterreş arasında telefon danışığı olub
- Ərdoğan və Putin telefonla danışıblar