FHN liftdə qalanları xilas edib


11:04     09 Fevral 2021 lift9.jpg

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub.

Femida.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 519