Ceyhun Bayramovla Mortonun görüşü başlayıb


12:23     09 Fevral 2021 2021/02/416163835_1612859101.jpg

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton ilə görüşü başlayıb.

Femida.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “Tvitter” səhifəsində məlumat paylaşılıb.

Xatırladaq ki, Morton fevralın 8-də Azərbaycana iki günlük səfərə gəlib.

Səfər çərçivəsində xarici işlər nazirlikləri arasında hər il keçirilən Birləşmiş Krallıq - Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclası planlaşdırılır.

Femida.az

Açar sözlər: CeyhunBayramov   VendiMorton    

Oxunub: 396