Paşinyanın istefasını tələb edənlər saxlanıldı


12:51     09 Fevral 2021 2021/02/ermen-1612857321_1612860801.jpg

Ermənistanda etiraz aksiyasının onlarla iştirakçısı saxlanılaraq polis bölməsinə aparılıb.

Femida.az xəbər verir ki, onlar ölkənin İqtisadiyyat Nazirliyinin binası qarşısında aksiya keçirib və baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər.
"ARF Daşnaksütyun" partiyasının nəzdindəki tələbə birliyi bəyan edib ki, İrəvanın mərkəzində keçirilən dinc mitinqin onlarla iştirakçısı heç bir səbəb göstərilmədən saxlanılıb.

Saxlanılanlar arasında həmkarlar ittifaqının sədri Taron Qazaryan, həmçinin ARF fəalı Ayk Manukyanın olduğu bildirilir.

"Təəssüf ki, Ermənistan polisi mövcud hökumətin əlində oyuncaq və cinayətkar fəaliyyətlərinin qarantı olaraq qalır", - deyə müxalifətin açıqlamasında qeyd olunub.

Femida.az

Açar sözlər: Ermənistan    

Oxunub: 492