Milli Məclisdə Vətən müharibəsinin qazisi və idmançılarla görüş keçirilib


20:12     09 Fevral 2021 21_02_09_1612885134.jpg

Fevralın 9-da Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçısı Yusif Əhmədov və bir qrup idmançı ilə növbəti görüş keçirilib.

Femida.az -IN məlumatına görə, görüşdə Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev 2020-ci ilin tariximizin yaddaşına qızıl hərflərlə düşməsi, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərlik etdiyi şanlı Ordumuzun döyüş meydanında misli görünməmiş qələbəsi, nəticədə uzun illərdir davam edən nisgilə birdəfəlik son qoyulması barədə söhbət açıb. Vitse-spiker əzəli və əbədi torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda şəhid olan həmvətənlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.


A.Əliyev döyüş və diplomatiya meydanında qazanılmış Zəfərimizin idman yarışlarında da uğurla davam etdirilməsinin zəruriliyini bir daha diqqətə çatdırıb, idmanın ölkəmizdə daim diqqət mərkəzində olmasını, Azərbaycanın dünyada idmana ən çox önəm verən ölkələrdən olduğunu bir daha qeyd edib. Vitse-spiker ölkəmizin beynəlxalq olimpiadaların təşkilatçısı kimi nüfuzunu nəzərə alaraq idmançılarımızın da yarışlara daha əzmlə hazırlanmasının zəruriliyini bildirib.

Görüşün sonunda Vətən müharibəsi qazisi Yusif Əhmədova və ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançıların bir qisminə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanı təqdim olunub.

Açar sözlər:

Oxunub: 520