Aİ-nin Ali Nümayəndəsi Rusiyaya sanksiya tətbiq olunmasını təklif edəcək


21:12     09 Fevral 2021 21_02_09_1612887936.jpg

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasını təklif edəcək.

Femida.az -ın AFP-yə istinadən verdiyi xəbərə görə, bu barədə C. Borrell Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı bildirib.

“Bu məsələləri fevralın 22-də Aİ xarici işlər nazirləri şurasının iclasında, daha sonra mart ayında keçiriləcək zirvədə müzakirə edəcəyik. Bu iclaslarda növbəti addımlar barədə qərarlar veriləcək. Sanksiyaların müzakirələrə daxil edilməsi düzgün olardı. Aİ-nin Xarici və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi kimi təşəbbüs hüququmdan istifadə edərək konkret təkliflər verəcəyəm”, - deyə C. Borrell vurğulayıb.

Xatırladaq ki, Aİ-nin Ali Nümayəndəsi 4-6 fevral tarixlərində Rusiyada səfərdə olub.

Açar sözlər:

Oxunub: 563