DSX 12 kiloqrama yaxın narkotiki qanunsuz dövriyyədən çıxarıb
09:39 10 Fevral 2021
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən verilən xəbərə görə, fevral ayının 8-də həyata keçirilmiş sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində 11 kiloqram 710 qram narkotik vasitə və psixotrop maddəyə oxşar maddələrin qanunsuz dövriyyədən çıxarılması təmin edilib.
Belə ki, həmin gün DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Arayatlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi məqsədilə Füzuli rayon polis şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə hərəkət edən “VAZ-2107” markalı 15-BJ-205 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün özünü şübhəli aparması diqqəti cəlb edib.
Şübhəli şəxs yolun kənarında gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edib, sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılıb. Saxlanılan şəxsin öz hərəkətlərini maskalamaq məqsədilə hadisə yerinə içərisində öz ailə üzvləri olan avtomobildə gəlməsi də aşkar olunub.
Saxlanılan şəxsin Qazax rayon sakini 1982-ci il təvəllüdlü Məmmədov Xəyyam Camal oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 9 kiloqram 160 qram narkotik vasitə və psixotrop maddəyə oxşar maddələraşkar olunaraq götürülüb.
Eyni tarixdə Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən dəniz istiqamətləndirici nişanına bağlanılmış 2 ədəd torbanın içərisində təxmini çəkisi 2 kiloqram 550 qram narkotik vasitəyə oxşar maddələr aşkarlanaraq götürülüb.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxunub: 433
Oxşar xəbərlər
- DSX-yə yeni sözçü təyin edilib
- DSX-nin baş çavuşu intihar edib
- DSX Akademiyasının kursantı onkoloji xəstəlikdən vəfat edib
- DSX ölkəyə 34 kiloqramdan artıq narkotik gətirilməsinin qarşısını alıb
- DSX məlumat yayıb
- DSX-də 204 cinayət işi istintaq edilib, 85-nin icraatı dayandırılıb
- DSX özgəsinə məxsus sənədlə sərhədi keçmək istəyən 4 nəfəri saxlayıb
- DSX Akademiyasına qəbul elan edilib
- DSX-nin hərbi qulluqçularını qətlə yetirən şəxs barəsində həbs qətimkan tədbiri seçilib
- DSX-nin hərbi qulluqçularını qətlə yetirən şəxs saxlanılıb