Bayram çərşənbələri və qeyri-iş günləri açıqlandı - TƏQVİM
10:33 10 Fevral 2021
2021-ci ildə Novruz bayramında qeyri-iş günləri məlum olub.
Femida.az xəbər verir ki, Nazirlər Kabinetinin 2021-ci il üçün Novruz bayramı günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.
2021-ci il martın 20-21-i həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək. Beləliklə, martın 25-i və 26-sı da qeyri-iş günü olacaq.
Novruz bayramı ilə əlaqədar 7 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 mart) iş olmayacaq.
Qeyd edək ki, Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər də məlumdur. Bu il ilk – Su çərşənbəsi fevralın 23-nə təsadüf edəcək. Daha sonra martın 2-də Od, 9-da isə Yel çərşənbəsi olacaq.
Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 16-da qeyd ediləcək.
Oxunub: 541
Oxşar xəbərlər
- Bayram günlərində yol qəzalarında 6 nəfər ölüb
- Bayram günlərində 142 nəfər zəhərlənib, onlardan biri ölüb
- Bayram günlərində yol qəzalarında 4 nəfər ölüb, 9 nəfər xəsarət alıb
- Bayramda restoranlara nəzarət gücləndiriləcək
- Bayramda rayona getmək istəyənlərin diqqətinə - VİDEO
- Bayramda qaz problemi olmayacaq
- Bayram günlərində ictimai nəqliyyat işləməyəcək
- Bayram namazının vaxtı açıqlanıb
- Bayramov və Çavuşoğlu Qarabağdakı son prosesləri müzakirə ediblər
- Bayram günlərində yol qəzalarında 15 nəfər ölüb