İran və Azərbaycan gömrük prosedurlarını sürətləndirəcəklər


13:48     10 Fevral 2021 2021/02/02d61ec4-bd41-31a8-bf11-0e5c50ee37b1_850_1612950568.jpg

İran və Azərbaycan gömrük rəsmiləri iki ölkə arasında gömrük əməkdaşlığını artırmaq üçün görüş keçiriblər.


Femida.az İran mətbuatına istinadən xəbər verir ki, görüş, İranın Gilan vilayətinin Astara şəhərində keçirilib.

Məlumata görə, görüşdə gömrüyün işi, sərnişin və yük maşınlarının giriş-çıxış prosedurlarının sürətləndirilməsi kimi məsələlər müzakirə edilib. Bundan başqa, gömrük rəsmiləri iki ölkə arasında inşa edilən körpüyə baxış keçiriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 392