Xəzərdə 3 evdən 6 min manatlıq oğurluq edilib


13:51     10 Fevral 2021 2021/02/ogurluq_yeni_1612950717.jpg

Bakıda oğurluğa görə tutulan şəxsin digər əməlləri aşkar olunub.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan T.Mirələmovun ətrafında Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsininin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.

Onun rayon ərazisindəki 3 evdən ümumilikdə 6 000 manat dəyərində məişət əşyaları və inşaat materialları oğurlaması da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 427