Jurnalistlər müasir mühəndis texnikası ilə tanış olublar
14:14 10 Fevral 2021
Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının maddi-texniki təminatının yaxşılaşdırılması, azad edilmiş ərazilərdə aparılan minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə Türkiyə Respublikasından alınan müasir tələblərə cavab verən mühəndis texnikası və avadanlıqlarının bir hissəsi media nümayəndələrinə təqdim edilib.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, mühəndis-istehkam bölmələri tərəfindən müasir texnika və avadanlıqlardan istifadə etməklə ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri media nümayəndələrinə praktiki nümayiş etdirilib.
Qeyd olunub ki, Azərbaycan Ordusunun arsenalına qəbul olunan hərbi texnikaların dərindən öyrənilməsi və bacarıqla istifadə edilməsi məqsədilə hərbi qulluqçular üçün beynəlxalq kurslar təşkil edilib. Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluçlulara müvafiq sertifikatlar təqdim edilib.
Femida.az
Oxunub: 500
Oxşar xəbərlər
- Jurnalistlərə təhlükəli bölgələrdə fəaliyyət barədə treyninq keçirilib
- Jurnalistlər Ermənistan parlamentində etiraz təşkil ediblər
- Jurnalistlər üçün SMM təlimi keçiriləcək
- Jurnalistlər xarici media qurumlarına müraciət etdilər
- Jurnalistlər Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub
- Jurnalistlər Kəlbəcərdə tank əleyhinə minaya düşərək həlak olub - RƏSMİ
- Jurnalistlərin növbəti qrupu koronavirusa qarşı vaksinasiya olunacaq
- Jurnalistlərin vaksinasiyası ilə bağlı çağırış edildi
- Jurnalistlərə də peyvənd vurulacaq
- Jurnalistlər işğaldan azad edilmiş Talış kəndində