Konstitusiya Məhkəməsi pulun xaricdən qaytarılmaması barədə maddəni şərh edəcək
14:59 10 Fevral 2021
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Femida.az xəbər verir ki, iclasda İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin dispozisiyasında “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəasının şərh edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 26-na təyin edilmiş iclasında baxılacaq.
Qeyd edək ki, İXM-nin 483-cü maddəsi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.
Bu əmələ görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 %-dən 50 %-dək məbləğdə cərimə edilir.
Maddədə “az miqdarda” dedikdə 20 min manatadək olan məbləğ başa düşülür.
Femida.az
Oxunub: 1290
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Hər şey ən xırda detalına qədər görünür. Neo QLED 8K haqqında bir neçə söz
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM