“Azəriqaz” sayğacları sərfiyyatı artıq yazır? - AÇIQLAMA


18:02     10 Fevral 2021 2020/02/saygac_gaz_160419__(1)_1582353584.jpg

İstifadəsində olan mexaniki-elektron sayğacın sərfiyyatı çox qeydə alması barədə “Azəriqaz” İstehsalat Birliyinə edilən bütün müraciətlərə həssaslıqla yanaşılır.

Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumatda deyilir.

Məlumata görə, abonentlərin narazılıqları onların iştirakı ilə araşdırılır. Yekunda digər iki dövlət qurumunun təmsilçilərinin (Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Metrologiya İnstitutu) iştirakı ilə yoxlama protokolu tərtib olunur.

"Bu günlərdə digər vətəndaşlar kimi “Media News”un baş redaktoru Mirvari Tahirli də fərdi yaşayış evinə quraşdırılan mexaniki-elektron qaz sayğacının sərfiyyatı artıq qeydə alması ilə bağlı "Azəriqaz" İB-yə müraciət edib. Mexaniki-elektron sayğac çıxarılıb, qaz təchizatında fasilə yaranmaması üçün fərdi yaşayış evinə müvəqqəti olaraq əvvəlcədən ödənişli sayğac quraşdırılıb. Abonentin iştirakı ilə çıxarılan qaz sayğacı Birliyin Metrologiya Departamentində yoxlanılıb. Əvvəlcə sayğacın içərisi kamera vasitəsi ilə müşahidə olunub, daha sonra yoxlama lövhəsinə qoşulub. Bütün proseslər şəffaf şəkildə həyata keçirilib və sayğacın yoxlanması prosesini jurnalist öz mobil telefonu vasitəsi ilə də qeydə alıb. Yoxlama zamanı qaz sayğacının işlək mexanizmində bəzi qüsurlar aşkar edilib. Lakin bu qüsurlar cihazın qaz sərfiyyatını artıq qeydə alması kimi təsdiqini tapmayıb. Sayğacın yoxlanılması prosesində Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin sektor müdiri Elçin Qocayev də iştirak edib. Abonent Sakin Abdullabəyli yoxlamanın gedişatına dair fikirlərini Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin çəkiliş qrupu ilə bölüşüb", - məlumatda bildirilir.

Yoxlama prosesinə dair video materialla aşağıdakı sosial şəbəkə ünvanından tanış ola bilərsiniz:

https://youtu.be/2zBlT1Wn97o

Femida.az

Açar sözlər:

Oxunub: 502