Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirildi
21:55 10 Fevral 2021
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə məlumat verib, dövlət hesabına göstərilən hüquqi yardımla bağlı bəzi məsələlər müzakirə edilib.
Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03.02.2021-ci il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin edilmiş Vəkillər Kollegiyasının üzvlərinin mükafatlandırılması və Vətən Müharibəsində iştirak etmiş 9 vəkilin tibbi-sosial reabilitasiyası məqsədilə tədbirlərin görülməsi məsələlərinə baxılmış və müsbət qərar qəbul edilib.
İclasda həmçinin, Vəkillər Kollegiyası və ELSA Azerbaijan-ın birgə layihəsi olan “Prodemos – Xalq üçün” layihəsinə hər ay maddi yardımın göstərilməsi məsələsinə baxılmış və müsbət qərar qəbul edilib.
O cümlədən, iclasda “COVID-19” virusuna yoluxub və Kollegiyaya müraciət etmiş vəkillərin müraciətlərinə baxılıb, onlara pul formasında maddi dəstəyin verilməsi barədə müvafiq qərarlar qəbul olunub.
Eyni zamanda, iclasda yeni Vəkil Bürosunun təsis olunması, həmçinin vəkil kabinetinin yaradılması ilə bağlı məsələyə baxılıb və müsbət qərar verilib.
Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərmək və fəaliyyətlərində fərqlənmiş vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb və müsbət qərar verilib.
Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib. Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmış və müvafiq qərarlar qəbul edilib.
Femida.az
Oxunub: 3952
Oxşar xəbərlər
- Vəkillər "İdeal”ın həbsdə olan keçmiş rəhbərinə bəraət istəyiblər
- Vəkillər Kollegiyasının sədr müavininə ağır itki üz verib
- Vəkillər HELP Tədris Proqramı üzrə təlim kursunu başa vurdu
- Vəkillərin cərimələnməsini nəzərdə tutan qanun layihəsi müzakirə edilib
- Vəkillər Kollegiyası üçün yeni bina ayrıldı
- Vəkillər Sabirabadda şəhid ailələri və qazilərə pulsuz hüquqi yardım göstərdi
- Vəkillər Kollegiyası şəhid jurnalistlərlə bağlı 230 beynəlxalq təşkilata müraciət edib
- Vəkillər Kollegiyası Bakı Dövlət Universiteti ilə əməkdaşlığa başlayır
- Vəkillər bu məhkəməyə telefonla daxil ola biləcək
- Vəkillər Kollegiyasına yeni ofis binası veriləcək