“ASAN xidmət”ə 5,7 milyon müraciət daxil olub
09:08 11 Fevral 2021
Ötən il “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə, habelə səyyar “ASAN xidmət”ə 5 740 809 müraciət daxil olub və onlardan 5 316 145 müraciət xidmətlə təmin edilib (92,6%-i).
Femida.az xəbər verir ki, bu, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2020-ci il üzrə hesabatında öz əksini tapıb.
Bildirilib ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq müraciət sayı ötən illə müqayisədə 37,7%-ə yaxın azalıb.
Həmçinin koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə gündəlik müraciətlərin sayı 2019-ci illə müqayisədə 24 792 müraciətdən 18 564 müraciətə qədər enib.
Gün ərzində müraciət sayı üzrə ən yüksək göstərici yanvar ayında, ay ərzində müraciət sayı üzrə ən yüksək göstərici isə fevral ayında qeydə alınıb (müvafiq olaraq 39 614 və 806 970 müraciət).
Ümumilikdə fəaliyyətə başladığı gündən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə, habelə səyyar “ASAN xidmət”ə 41 147 491 müraciət daxil olub, onlardan 38 517 980 müraciət xidmətlə təmin edilib.
Femida.az
Oxunub: 582
Oxşar xəbərlər
- Ağcabədi “ASAN Həyat” kompleksinin 1 ili - FOTOLAR
- Prezident Naxçıvanda “ASAN xidmət” binasının tikintisi ilə tanış olub
- "1 milyonluq əməliyyatı 190 min manata həyata keçirdik" - Ülvi Mehdiyev
- "ASAN xidmət" işçilərinin 40 faizi qadınlardır
- “ASAN xidmət”in bu əməkdaşları təltif olundu
- “ASAN xidmət”in 36 əməkdaşı könüllü ordu sıralarına qoşuldu
- “Azərbaycan əsgəri, səninləyik” aksiyası - VİDEO+FOTOLAR
- Bu "ASAN xidmət"mərkəzləri şənbə-bazar işləməyəcək
- ABAD kimsəsiz və aztəminatlı ailələrin uşaqlarına antiseptiklər payladı - Fotolar
- “Məcburi köçkün statusuna dair arayışın verilməsi” xidməti elektronlaşdırıb