Şabranda qadını şantaj edən şəxs saxlanıldı


12:31     11 Fevral 2021 21_02_11_1613033525.jpg

Şabran Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan qadın cari il yanvarın 17-dən fevralın 10-dək olan müddətdə bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 15 000 manat pul tələb etdiyini bildirmişdir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən həmin şəxsin şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Bədəlov olması müəyyən edilmiş və o, saxlanılmışdır.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 413