Prezident Yaponiya imperatorunu təbrik edib


01:01     23 Dekabr 2015 345135_456625serencam81.jpg

Azərbaycan prezidenti İlham Əliyev Yaponiya imperatoru Akihitonu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.


Femida.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Əlahəzrət, Yaponiyanın milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Belə bir əlamətdar gündə ən xoş arzularımı yetirərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Açar sözlər:

Oxunub: 725