ANAMA: 1 507 hektar ərazi yoxlanılıb


15:55     11 Fevral 2021 21_02_11_1613041324.jpg

Ötən ilin sentyabrın 27-dən etibarən zərərsizləşdirilən minaların sayı açıqlanıb.

Bu barədə Femida.az Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Qeyd olunub ki, 27 sentyabr tarixindən etibarən aparılmış minatəmizləmə əməliyyatları zamanı 15 075 602 kv.m (1 507 ha) ərazi yoxlanılıb, 8 972 ədəd piyada və tank əleyhinə minalar, 6 569 ədəd partlamamış hərbi sursatlar aşkar olunaraq zərərsizləşdirilib.

Açar sözlər:

Oxunub: 540