Daşkəsəndə iki avtomobil toqquşub, xəsarət alanlar var


17:01     11 Fevral 2021 21_02_11_1613049799.jpg

Daşkəsəndə yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Daşkəsən-Gəncə yolunun Daşkəsənin Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan BMW markalı avtomobil “Chevrolet” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 400