43 cinayətin üstü “isti izlər”lə açılıb


10:20     12 Fevral 2021 21_02_12_1613111943.jpg

Daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-in Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: #cinayət  

Oxunub: 409