Gözətçini döyərək öldürən klinka sahibinin cəzası azaldıldı


10:39     12 Fevral 2021 2020/08/mehkeme_esas_1597837766.jpg


Bakı Apelyasiya Məhkəməsində “Aristokrat” tibb mərkəzində direktor müavini işləmiş və qətl törətməkdə təqsirləndirilən Həsən Rahimlinin apelyasiya şikayətinə baxılıb.

Reportun məlumatınaa görə, hakim Habil Məmmədovun sədrlik etdiyi iclasda qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin H.Rəhimliyə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsi barədə hökmü dəyişdirilib. Onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə (Qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) tövsif edilib və 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Qeyd edək ki, hadisə ötən il ilin yanvar ayında baş verib. Öldürülən 58 yaşlı Muraz Nəbiyev “Aristokrat” tibb mərkəzində gözətçi vəzifəsində işləyib. Onu “Aristokrat” tibb mərkəzinin sahibinin oğlu, mərkəzdə direktor müavini vəzifəsini tutan 31 yaşlı Həsən Rəhimli döyüb.

M.Nəbiyevin halı pisləşəndən sonra o, həkimə aparılıb. Həkimə isə M.Nəbiyevin “infarkt keçirdiyi” deyilib. Həkim müayinəsi zamanı gözətçinin öldüyü məlum olub.

Nərimanov rayon polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə yollanıb, müvafiq zəruri tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün H.Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

H.Rəhimli tutularaq istintaq cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 414