TƏBİB: Açıq havada tək gedirsinizsə, maska taxmaq məcburi deyil


10:53     12 Fevral 2021 2021/02/Учени_установиха_че_коронавирусът_се_задържа_7_дни_върху_медицинска_маска_1-696x463_1613113075.jpeg

“Açıq havada əgər tək gedirsinizsə, maska taxmaya bilərsiniz. Elə bir qayda yoxdur”.

Femida.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva REAL TV-yə müsahibəsində deyib.

“Əgər biz sosial ərazilərdəyiksə, o zaman maska taxmalıyıq. Əgər bulvarda və yaxud parkda yürüşə çıxmısınızsa və yanınızda adam yoxdursa, maskasız gəzə bilərsiniz. Bu iş məntiqə əsaslanmalıdır. Sırf inzibati qaydadır deyə sizin maska taxmağınıza ehtiyac yoxdur. Elə bir qayda da yoxdur”, - həkim-infeksionist qeyd edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə ötən ilin noyabr ayından açıq havada maska taxmaq məcburi olub.

Femida.az

Açar sözlər: #TƏBİB   #maska  

Oxunub: 1219