“YAŞAT” Fondunun Himayəçilik Şurasının iclası keçirildi - FOTO
11:10 12 Fevral 2021
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun Himayəçilik Şurasının növbəti iclası keçirilib.
Fonddan Femida.az-a verilən məlumata görə, şuranın xaricdə yaşayan üzvləri iclasa videokonfrans formatında qoşulublar. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Fondun bu günə qədər həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Həmçinin gələcək fəaliyyətə dair planlar, nəzərdə tutulan məsələlər diqqətə çatdırılıb. Himayəçilik Şurasının üzvləri də cari məsələlər, həmçinin gələcək fəaliyyətə dair təkliflərini diqqətə çatdırıblar.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Fondun vəsaitinin sərəncamçısı müəyyən edilib. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti isə Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.
Femida.az
Oxunub: 357
Oxşar xəbərlər
- Nazir: “Ədliyyə işçiləri “YAŞAT” və Qarabağ Dirçəliş fondlarına 4,5 milyon manatdan çox ianələr edib”
- “YAŞAT” Fondunun növbəti iclası keçirilib
- “YAŞAT” Fondu daha 4 qazimizi Türkiyəyə göndərdi
- Qazi haqda deyilənlər yalandır - "DOST" və “YAŞAT” birgə məlumat yaydı
- “YAŞAT” Fondu daha 3 qazini Türkiyəyə göndərib
- “YAŞAT” düşərgəsinin ikinci həftəsi başlayır
- Şəhid övladları üçün “YAŞAT” düşərgəsi başlayıb (FOTO)
- “YAŞAT” Fonduna bu günədək nə qədər vəsait toplanıb?
- Mayın 25-də “YAŞAT” Marafonu keçiriləcək
- “YAŞAT” daha 3 qazinin əməliyyat xərclərini ödədi