Qeyri-neft ixracının həcmi 2 dəfə artırılacaq


11:57     12 Fevral 2021 mikayil.jpg

2025-ci ildə 2020-ci ilə nisbətən qeyri-neft ixracının həcminin 2 dəfə artırılması hədəflənir.

Femida.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Postpandemiya dövründə vergi sistemi” adlı onlayn konfransda çıxışı zamanı deyib.

O bildirib ki, ölkəmizdən 120-ə yaxın məhsul ixrac olunur və bu məhsulların 20-dən çox bazar üzrə istiqamətləndirilməsi nəzərdə tutulur: “Bu sahədə innovatik ekosistem inkişaf etdirilməlidir”.

Femida.az

Açar sözlər:

Oxunub: 373