"YAŞAT" fondu bir qazini və üç şəhidin ailə üzvlərini əməliyyat etdirib - FOTOLAR


12:05     12 Fevral 2021 2021/02/16131-4839349845_1613118136.jpg

"YAŞAT” Fondu tərəfindən yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işlər davam etdirilir.

Fonddan Femida.az-a verilən məlumata görə, qazi Qurban Əliyevin, şəhid Telman Kəlbiyevin oğlu Səid Kəlbiyevin, şəhid Ağacan Cəbrayılovun qızı Ləmanın və oğlu Sədinin, şəhid Ağamirzə Gülmalıyevin atası Ağabəy Gülmalıyevin əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Femida.az

Açar sözlər:

Oxunub: 404