“Kreslosunu xalqın sərvətini dağıtmağa açar hesab edənlərin sayı azalmır”


12:48     12 Fevral 2021 21_02_12_1613119695.jpg


“Azərbaycanda idarəetmənin ciddi və əsaslı təkmilləşdirilməsinə ehtiyac var. Prezidentin çıxışlarından görürük ki, o hazırkı idarəetmədən və alınan nəticələrdən çox narazıdır. Təmsil etdiyim Milli Cəbhə Partiyası da narazıdır və bu qədər səylərin sonunda narazılığın gündən-günə artması da bizi narahat edir”.

Bunu deputat Razi Nurullayev parlamentdə çıxışında deyib.

O bildirib ki, talançılığın, özbaşınalığın, özündənrazılığın, kreslosunu xalqın sərvətini dağıtmağa, oğurlamağa açar hesab edənlərin sayı azalmır və davranışlarında dəyişiklik azdır: “Belə bir məqamda Prezidentin verdiyi sərəncamların, yaratdığı qurumların sayı da çoxalır. Say çoxalır, nəticə isə zəif.

Həqiqət naminə qeyd edirik ki, Prezident son bir neçə ildə ciddi qətiyyət sərgiləyir və birinci şəxsin gündən-günə daha da sərtləşdiyinin şahidi oluruq. Onun üçün də gecikmədən siyasi idarəetmə mexanizminin əsaslı dəyişdirilməsi üçün zərurət var. Xalq dayanmadan qapımızı döyür”. / Qafqazinfo

Femida.az

Açar sözlər:

Oxunub: 422


Oxşar xəbərlər