Sülhməramlıların müşayiəti ilə tikinti materialları Şuşaya çatdırıldı


12:51     12 Fevral 2021 2021/02/rus-k-1613118356_1613119908.jpg


Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Azərbaycanın nəqliyyat vasitələrinin iki karvanının təhlükəsiz keçidini təmin edib.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycan tərəfinin xahişi əsasında Rusiya sülhməramlı personalının müşayiəti ilə tikinti materiallarından ibarət 60-dan çox yük avtomobilinin Şuşaya təhlükəsiz çatdırılması təmin olunub.

"Rusiya sülhməramlı kontingenti üçtərəfli bəyanatın icrası və regionda dinc həyatın bərpa edilməsinə bundan sonra da yardım göstərəcək", - deyə məlumatda bildirilib.

Femida.az

Açar sözlər: #Şuşa  

Oxunub: 654