Ermənilər Qaregin Njdenin Xocavənddəki heykəlini götürməyə məcbur oldular


13:27     12 Fevral 2021 21_02_12_1613122180.jpg

Erməni nasist Qaregin Njdenin Azərbaycanın Xocavənd şəhərində yeni qoyulan heykəli götürülüb.

“Report” “panorama.am”a istinadən xəbər verir ki, bunu müstəqil deputat Sofya Ovsepyan bildirib.

“Abidə dəqiq sökülüb və Tarix Muzeyinə daşınıb”, - o vurğulayıb.

Erməni sosial şəbəkə istifadəçiləri yazırlar ki, abidə Azərbaycan və Türkiyə tərəfinin təkidli tələbləri ilə yığışdırılıb.

"Aparaj" nəşrinin ötən gün yaydığı məlumata görə, Qarabağda yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yüksək rütbəli zabiti şəhər "merindən" abidənin sökülməsini tələb etmiş, lakin "mer" Edik Avanesyan bundan imtina edərək bildirmişdi: "Sabah da Montenin heykəlini sökməyi istəyərsiniz". Buna baxmayaraq, ermənilər heykəli götürməyə məcbur olublar.

Qeyd edək ki, sentyabrın 27-də Qarabağda başladılan “Dəmir yumruq” əməliyyatı nəticəsində Xocavənd rayonunun böyük hissəsi erməni işğalından azad olunub. Rayon mərkəzi hazırda ermənilərin və Rusiya sülhməramlılarının nəzarəti altındadır. Noyabrın 10-da əldə olunan atəşkəs razılaşmasından sonra ermənilər Xocavənd şəhərində Qaregin Njdenin abidənin açılışını etmişdilər.

Açar sözlər:

Oxunub: 458