TƏBİB əməkdaşının açıq havada maska taxmamaqla bağlı açıqlamasını təkzib edib
13:36 12 Fevral 2021
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva “REAL TV-yə müsahibəsində “Açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiniz” fikri ilə bağlı sosial şəbəkələrdə haqlı olaraq müzakirələrə səbəb olmasına aydınlıq gətirib.
Femida.az xəbər verir ki, N.Mustafayeva verilişin aparıcısının bu məsələnin TƏBİB-in səlahiyyətlərinə daxil olmamasını deyərək, qərara həkim kimi mövqeyini istədiyini xatırladıb.
TƏBİB nümayəndəsi həkim-İnfeksionist kimi bildirib ki, tək gəzərkən insanın virusa yoluxma ehtimalı yoxdur: "Amma gəlin razılaşaq ki, tək gəzdiyiniz zaman da hansısa yaxınımızla qarşılaşa və ünsiyyətdə ola bilərik. Odur ki, inzibati qayda tətbiq edilərkən bu və ya digər həyatın bütün situasiyalarını əhatə etmək mümkün olmur. Bu səbəbdən vahid qərar verilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən vətəndaşların sağlamlığı naminə qəbul edilmiş hər bir qərara birmənalı əməl etmək hər birimizin, eyni zamanda həkim olaraq mənim borcumdur. Təsadüfi deyil ki, ictimaiyyətin hər bir üzvü tərəfindən virusla mübarizə çərçivəsində tətbiq edilən qərarlara riayət olunması nəticəsində virusun kəskin azalması müşahidə edilib. Bu mənada mənim bildirdiyim fikir yalnız tibbi mülahizədir və TƏBİB-in rəsmi mövqeyi deyil".
Oxunub: 552
Oxşar xəbərlər
- TƏBİB antibiotiklərlə bağlı vətəndaşlara xəbərdarlıq edib
- TƏBİB “TURKOVAC” vaksini ilə bağlı vətəndaşlara çağırış edib
- TƏBİB-ə yeni səlahiyyət verilib
- TƏBİB-in sədr müşavirinin istefa ərizəsi qəbul olunub
- TƏBİB: "Son günlər yoluxma kəskin artır"
- TƏBİB-in psixoloji dətək göstərdiyi şəxslərin sayı açqılandı
- TƏBİB AstraZeneca vaksininin 60 yaşdan yuxarı şəxslərə vurulmasına aydınlıq gətirib
- TƏBİB COVID xəstələrinə və həkimlərə müraciət edib
- TƏBİB-dən karantinlə bağlı AÇIQLAMA
- TƏBİB vaksinin mümkün əlavə təsirlərini açıqladı