Ermənistanda növbədənkənar parlament seçkiləri iyunda keçiriləcək


14:12     12 Fevral 2021 21_02_12_1613123603.jpg

"Ermənistanda növbədənkənar parlament seçkiləri bu ilin iyununda keçiriləcək".

Femida.az “Aysor”a istinadən xəbər verir ki, bunu müxalifətdə olan İşıqlı Ermənistan Partiyasının sədri və eyniadlı fraksiyanın başçısı deputat Edmon Marukyan bildirib.

Onun sözlərinə görə, hakim siyasi qüvvə o müddətədək reytinqini yüksəldəcəyini düşünür.

Qeyd edək ki, hakim “Mənim addımım” fraksiyası Ermənistanı düşdüyü böhranlı vəziyyətdən çıxarmaq üçün hazırladığı “yol xəritəsi”ni iyun ayında yekunlaşdırmağı planlaşdırır.

Açar sözlər:

Oxunub: 385