İlham Əliyev 2 sərəncam imzaladı


02:38     23 Dekabr 2015 345135_456625serencam813.jpg

Prezident İlham Əliyev Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarına "Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.


Femida.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi münasibətilə, Azərbaycanda kitabxana işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilsin:

Dadaşova Zahirə Cabir qızı
Qəmbərova Şəhla Əliheydər qızı
Musazadə Rəfiqə Mirzə qızı
Tahirova Nazilə Rəhman qızı.

***

İlham Əliyev Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi münasibətilə, Azərbaycanda kitabxana işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Ağamirzəyeva Vəfa Əliağa qızı
Əhmədova Sevil Əliabas qızı
Qafarova Leyla Hacı Ağa qızı
Məmmədli Ruhiyyə Mikayıl qızı.

Açar sözlər:

Oxunub: 1334