Qarabağ üzrə üçtərəfli işçi qrupun iclası keçirildi


18:23     12 Fevral 2021 2021/02/isci--1613138532_1613140172.jpg

Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrindən ibarət üçtərəfli işçi qrupunun ikinci iclası keçirilib.


Femida.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini, işçi qrupdakı nümayəndə Mqer Qriqoryanın ofisindən bildirilib. Görüş videokonfrans formatında keçirilib.

İclasda baş nazirlərin müavinləri- Azərbaycandan Şahin Mustafayev, Ermənistandan Mqer Qriqoryan, Rusiyadan Aleksey Overçuk iştirak ediblər.

Danışıqlar zamanı təhlükəsizlik məsələləri, eləcə də bölgədəki kommunikasiyaların blokdan çıxarılması müzakirə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 373