Dəniz quldurlarının girov götürdüyü 15 türk dənizçi xilas edildi


19:00     12 Fevral 2021 2021/02/602690b466a97c2386991955_1613142086.jpg

Nigeriya sahillərində dəniz quldurlarının girov götürdüyü 15 türk dənizçi xilas edilib.


Femida.az xəbər verir ki, bu barədə Boden Dənizciliyin baş direktoru Levent Karsan məlumat verib.

Onun sözlərinə görə, dənizçilərin vəziyyəti yaxşıdır və hazırda Nigeriyadadırlar. 1-2 gün ərzində Türkiyəyə gətiriləcəklər.

Xatırladaq ki, ötən ayın sonları Qvineya körfəzində "Mozart" gəmisi dəniz quldurları tərəfindən qaçırılıb. 15 nəfərin olduğu gəmidə hücum zamanı 1 azərbaycanlı dənizçi öldürülüb.

Açar sözlər:

Oxunub: 435