Vətən müharibəsi şəhidinin xatirəsinə beynəlxalq yarış başladı


19:26     12 Fevral 2021

Vətən müharibəsi şəhidi Ülvü Məmmədovun xatirəsinə həsr olunmuş onlayn şahmat üzrə beynəlxalq Zəfər Kubokunun açılış mərasimi olub.


Femida.az-ın məlumatına görə, onlayn formatda keçirilən tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, AİJF prezidenti Qabil Mehdiyev, şəhidin əmisi, qurumun İdarə Heyətinin üzvü Elşən Məmmədov, Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, beynəlxalq qrossmeyster Vasif Durarbəyli, şəhidin qardaşı Fərid Məmmədov, yarışın baş hakimi Fidan Talıbova və şahmatçılar iştirak ediblər.

Tədbiri giri sözü ilə açan Q.Mehdiyev bildirib ki, Vətən müharibəsində itirdiyimiz şəhidlər arasında idmançılar da az olmayıb. O, şəhidlərin adlarını uca tutmağa çalşdıqlarını söyləyib: "Qubada Ülvü Məmmədovun məzarını ziyarət etdik. Ailəsi ilə görüşdük. Atası Vüqar Məmmədov idman jurnalisti olduğundan qərara gəldik ki, şəhidimizin xatirəsini əbədiləşdirmək üçün turnir təşkil edək. Bu təşəbbüs yüksək qiymətləndirildi. Turniri ənənəvi etmək istəyirik".

Zəfər Kubokunda əcnəbi şahmatçıların da iştirak etdiklərini xatırladan R.Abbasov bütün qrossmeysterlərə uğurlar arzulayıb: "Hər bir şəhidin xatirəsi bundan sonra da əziz tutulacaq. Ali Baş Komandamız Cənab Prezidentimiz çıxışlarında bildirib ki, şəhid, qazi ailələri ən hörmətli ailələrdir. Bundan sonra Azərbaycanın idman həyatında bu cür yarışların çox olmasına çalışacağıq. Şahmat intellektual idman növüdür. Dünya səviyyəsində yüksək əmsallı şahmatçılarımız var. Onların bundan sonra da Vətənimizi layiqincə təmsil etmələrini istəyirəm. Üzərinizdə zəhməti olan hər kəsə minnətdarlığımı bildirirəm".

Femida.az

Açar sözlər:

Oxunub: 727