Nazirlik 15 obyektdə sanitariya-gigiyena tələblərinin pozulduğunu aşkarlayıb


20:20     12 Fevral 2021 iqtisadiyyat_nazirliyi_logo_110215_253.jpg

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirləri davam edir.


Bu barədə Femida.az-a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, fevralın 11-də keçirilmiş monitorinqlər zamanı Nizami rayonunda “Sidre mebel” mağazasında, Binəqədi rayonunda "Vimay-med tibb mərkəzi”ndə, “Nursel ticarət” mağazasında, Oqtay Kərimova məxsus meyvə-tərəvəz mağazasında, Qaradağ rayonunda Amil Şəmiyevə məxsus ərzaq mağazasında, Nicat Niyazova məxsus pərakəndə ticarət obyektində, Nəsimi rayonunda Hümət Tağızadəyə məxsus ticarət obyektində, Xəzər rayonunda "Ülvi inşaat” mağazasında, Səbail rayonunda Elşən Səfərova məxsus ticarət obyektində, Nərimanov rayonunda “Jasmin market”də, "A.E.S.-Trading" MMC-yə məxsus mağazada, Xətai rayonunda “Ramzes geyim mağazası”nda, Yasamal rayonunda “FLO” mağazasında, “Macrobiosis Antiage and Esthetic Center”də, Musa Quliyevə məxsus ticarət obyektində, ümumilikdə 15 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 396