Ərdoğan 26 ölkəyə yeni səfirlər təyin edib


12:49     13 Fevral 2021 21_02_13_1613206739.jpg


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 26 ölkəyə yeni səfirlər təyin edilməsi ilə bağlı qərar imzalayıb.

Bununla əlaqədar Türkiyənin 4 beynəlxalq təşkilatdakı daimi nümayəndəsi və 22 ölkədəki səfiri geri çağırılıb.

Özbəkistan, Tacikistan, Əfqanıstan, Kuba, Yəmən və sair ölkələrə təyin olunan yeni səfirlər arasında Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Mehmet Güllüoğlunun adı da var. / APA

Femida.az

Açar sözlər:

Oxunub: 409