Şuşada itən Livan ermənisi haqqında yeni məlumat yayıldı
14:23 13 Fevral 2021
Ermənistan mətbuatı ikinci Qarabağ müharibəsi zamanı Şuşada itkin düşmüş livanlı Maral Nacaryan haqqında yeni məlumat yayıb.
Femida.az xəbər verir ki, erməni KİV-ləri Azərbaycana qarşı döyüşlərdə iştirak edən qadının əsirlikdə olduğunu, onun xilas edilməsi barədə məlumatların həqiqəti əks etdirmədiyini bildiriblər.
"Qırmızı Xaçın (BQXK) Livandan olan əməkdaşları Marala baş çəkiblər. Ailəsinə onun haqqında məlumat veriblər. Lakin Maral azadlığa çıxmayıb. Bu barədə Maralın bacısı Ani Nacaryan da bildirib", - deyə erməni saytları yazıb.
Qeyd edək ki, Livan vətəndaşı olan Maral Nacaryan müharibə dövründə Azərbaycana qarşı döyüşmək üçün həyat yoldaşı ilə birlikdə Qarabağa gəlib. Onun sonuncu dəfə Şuşa döyüşlərində iştirak etdiyi, daha sonra itkin düşdüyü bildirilir.
Oxunub: 778
Oxşar xəbərlər
- Şuşada yaşayanlara tibbi xidmətlərin göstərilməsi qaydası açıqlanıb
- Şuşada Bəyannamənin birinci ildönümünə həsr olunan beynəlxalq konfrans başlayıb
- Şuşada BMT-Azərbaycan tərəfdaşlığının ildönümü ilə bağlı konfrans başa çatıb
- Şuşada şəhid olan əsgər İkinci Fəxri xiyabanda dəfn olunacaq
- Şuşada iki nəfər minaya düşərək ölüb
- Şuşadakı terror hücumu Rusiya sülhməramlılarının laqeydliyinin nəticəsidir
- Şuşada dalğalanan Bayrağın günü - Klip
- Şuşada ermənilərin atıb qaçdığı 19 raket sistemi aşkarlanıb - FOTO
- Şuşada Daşaltı məscidinin təməli qoyulub
- Şuşada Radio-Televiziya Yayım Stansiyası tikiləcək