Azərbaycanın XİN rəhbəri Türkiyəyə başsağlığı verdi


12:49     14 Fevral 2021 21_02_14_1613288990.jpg

Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin 13 mülki vətəndaşının PKK terror təşkilatı tərəfindən qətlə yetirilməsi ilə əlaqədar qardaş ölkəyə başsağılğı verib.


Femida.az xəbər verir ki, bu barədə nazir özünün tvitterdəki səhifəsində yazıb.

"Xain terror hücumu nəticəsində Türkiyənin 13 vətəndaşının öldürülməsi xəbəri bizi çox kədərləndirdi. Şəhidlərin ailələrinə və qardaş Türkiyə xalqına başsağlığı bildiririk. Dinc insanlara qarşı törədilən terror aktını şiddətlə qınayırıq.

Başın sağ olsun, qardaş Türkiyə!", - deyə nazir sosial şəbəkədə yazıb.

Daha əvvəl Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu PKK terror təşkilatının Türkiyənin 13 vətəndaşını qətlə yetirməsi barədə tvitterdə paylaşım edib.

Açar sözlər:

Oxunub: 434