Rusiyada COVID-19-a yoluxanların sayı 4 071 883 nəfərə çatıb


12:30     14 Fevral 2021 21_02_14_1613289141.jpg

Rusiyada son sutka ərzində daha 14 185 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Femida.az -ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 071 883 nəfərə çatıb.

Son sutka ərzində 430 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 80 126 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Açar sözlər:

Oxunub: 360