Əli Əsədov Fuat Oktaya başsağlığı verib


15:58     14 Fevral 2021 2020/08/eli_esedov_1596645048.jpg

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 14-də Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Femida.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Məktubda bildirilir ki, terror aktı nəticəsində günahsız Türkiyə vətəndaşlarının qətlə yetirilməsi xəbəri bizi son dərəcə kədərləndirdi.

Baş nazir qeyd edib ki, biz bu amansız terror aktından olduqca hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını zəruri hesab edirik.

Baş nazir Əli Əsədov faciə ilə əlaqədar Fuat Oktaya dərin hüznlə başsağlığı verib.

Açar sözlər:

Oxunub: 374