Rusiya sülhməramlıları Xocavəndi minalardan təmizlədi


18:35     14 Fevral 2021 2021/02/25539-1613312359_1613314372.jpg


Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri tərəfindən ötən ilin 23 noyabr tarixindən etibarən Dağlıq Qarabağda 1371,3 hektardan çox ərazi minalardan təmizlənib.

Femida.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyatlar zamanı 429,8 kilometr yol, 1308 bina, 29 sosial əhəmiyyətli obyekt minalardan təmizlənib. Həmçinin 24 289 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Xocavənd şəhərində ərazilərin minalardan təmizlənməsi üzrə işləri başa çatdırıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 345