Bakıda intihara cəhdin qarşısı alınıb


09:54     15 Fevral 2021 21_02_15_1613368504.jpg

Bakı şəhərinin Xətai rayonunda intihara cəhd hadisəsinin qarşısı alınıb.

Femida.az xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Daxil olan məlumata əsasən, 1 nəfər çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Açar sözlər:

Oxunub: 220