Bakıda və Abşeronda avtomobil yanıb


10:14     15 Fevral 2021 21_02_15_1613368924.jpg

Bakı şəhərinin Sabunçu rayonunda avtomobil yanıb.

Femida.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı qaz xətti yanğından mühafizə olunub.

Abşeron rayonunun Xırdalan şəhərində də "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 300