Münasibətdə olduğu qadını öldürən şəxsə hökm oxundu


11:33     15 Fevral 2021 21_02_15_1613370936.jpg

Sumqayıtda qadını boğub öldürməkdə təqsirləndirilən Kamran Quliyevin cinayət işi məhkəmə prosesi başa çatıb.

Femida.az -ın xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, K.Quliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin mart ayında baş verib.

K.Quliyev münasibətdə olduğu, yüngül həyat tərzi keçirən G.Əliyeva ilə kirayədə yaşadığı mənzildə görüşüb.

Tərəflər arasında mübahisə zəminində yaranan insidentdən sonra K.Quliyev vanna otağında qadını boğaraq öldürüb.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Açar sözlər:

Oxunub: 321


Oxşar xəbərlər